Milli komanda

Yurgen Klinsmann: “Azərbaycan millisi müdafiəyə meyilli oynadığı üçün…”

“Komandama və rəqibə yaxşı oyuna görə təşəkkür edirəm. Dünya çempionatına hazırlıq çərçivəsində bu, bizim ilk oyunumuz idi və nəticədən razıyam. Azərbaycan millisi müdafiəyə meyilli oynadığı üçün işimiz o qədər də asan olmadı. Əvəzetmələr oyunumuza müsbət təsir göstərdi. Bu qarşılaşma komandamızın kifayət qədər səbirli olduğunu və çətinliklər zamanı təşvişə düşmədiyini göstərdi”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri ABŞ milli komandasının baş məşqçisi Yurgen Klinsmann deyib.

Almaniyalı çaılışdırıcı daha sonra millimizə təşəkkür edib:

“Azərbaycan milli komandasına belə böyük məsafə qət edərək buraya gəldiyi üçün təşəkkür edirəm. Onlar da, biz də bu oyunun baş tutması üçün əlimizdən gələni etdik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43