Dünya futbolu

Yurgen Klopp: “Heç bir futbolçuya 100 milyon avro verməzdim”

“Liverpool”un baş məşqçisi Yurqen Klopp “Manchester United”in Poqba transferinə münasibət bildirib.

İdmanxeber.com-un məlumatına görə, alman mütəxəssis əzəli rəqiblərinin bu transfer siyasətini düzgün hesab etməyib:

“100 milyona aldığın futbolçu zədələnirsə, pullar havaya sovrulur. Futbol komanda idman növüdür. Hər kəs oyunu özünəməxsus formada başa düşür. Yaxşı futbolçulara hər zaman ehtiyac var. Amma uğur qazanmaq üçün, ilk növbədə komandanı qurmaq lazımdır. Digər klublar külli miqdarda pul sərf edib güclü futbolçular transfer edə bilər. Mən başqa cür hərəkət etmək istəyirəm. Bu qədər pulu xərcləmək imkanım olsaydı belə, həmin vəsaiti başqa cür xərclərdim. Yeri gəlmişkən, transferlərə nə qədər pul sərf edəcəyimlə bağlı məhdudiyyət yoxdur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43