İdman

Yuri Maksimov: “Ona görə də heyətə cəlb olunan futbolçulara irad tuta bilmirəm”

“Turnir cədvəlinin lideri ilə aşağı pillələrdə qərarlaşan komandalar üz-üzə gəldilər. Maraqlı oyun alındı”. İdmanxeber.com-un məlumatında görə, bu sözləri “Keşlə”nin baş məşqçisi Yuri Maksimov deyib.

Paytaxt təmsilçisi Azərbaycan Premyer Liqasının XXI turunda səfərdə “Qarabağ”ın qonağı olub. Görüş 1:1 hesabı ilə başa çatıb.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən ukraynalı çalışdırıcı fikirlərini bildirib: “Komandamızın nə qədər gücü var idisə, o qədər də oynadı.  Təxminən 60 dəqiqə yaxşı oynadıq. “Qarabağ” əvəzetmələr zamanı təcrübəli oyunçuları meydana daxil etsə də, biz gənclərdən istifadə etdik. Buna görə nəticəni uğurlu hesab edirəm”.

– Əvəzedici heyətin üzvlərinə güvəndiyinizi dediniz. Bunun günahı kimdədi? Komanda nəyə görə yetərincə transfer etməyib?

– Bu məsələ barədə çox danışmaq istəmirəm. Əlimizdə olan futbolçulardan istifadə etməyə çalışdıq.

– Qış transfer dönəmində transfer etdiyiniz bəzi legionerlər etimadı doğrultmurlar. Bu barədə nə deyə bilərsiniz?

– Məni düzgün başa düşün. Güclü futbolçu 4 aylıq müqavilə imzalamaz.

– Rəhbərliyin qarşısına futbolçularla uzunmüddətli müqaviləni şərt qoya bilməzdiz?

– Mən bura gəldikdə sadəcə, biz məsələ barədə danışdıq. Mənə deyilən məbləğ 10 dəfə aşağı endi. Burda işləyə bilmirəm. Vəziyyət budu ki, əvvəlcə başqa məbləğ dedilər, sonra endirdilər. Vəd verilən büdcəni görmədim. Ona görə də heyətə cəlb olunan futbolçulara irad tuta bilmirəm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43