Ölkə futbolu

Yuri Syomin: “Bir sözlə, biz onunla maraqlanmamışıq”

“Qəbələ”nin baş məşqçisi Yuri Syomin “Volqa”nın futbolçusu Dmitri Bulıkini transfer edəcəkləri barədə gəzən şaiyələrə münasibət bildirib:

O, yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini deyib.

“Bulıkinin öz komandası və klubu ilə müqaviləsi var. Bundan başqa, hazırda transfer mövsümü deyil. Bir sözlə, biz onunla maraqlanmamışıq. İkincisi isə “Qəbələ”yə hazırda əcnəbilər yox, Azərbaycan pasportu olan futbolçular lazımdır. Legionerlərimiz kifayət qədərdir”

Məlumat üçün deyək ki, Rusiya millisinin 33 yaşlı sabiq hücumçu olan Bulıkin Syominin rəhbərliyi altında “Lokomotiv” və “Dinamo”da oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43