Premyer Liqa

Yuri Syomin: “Bu komandaya qol vurmaq çox çətindir”

Premyer Liqanın XVI turunda “Qəbələ” doğma meydanda “Simurq”a 2:1 hesabı ilə qalib gəlib.

Ev sahibi komandanın baş məşqçisi Yuri Syomin oyundan sonra bu fikirləri səsləndirib: “Oyun iki fərqli hissədən ibarət idi. İlk hissəni çox pis oynadıq. Fasilədə komandaya iradımı bildirdim. İkinci hissədə isə komandanın oyunu tamam dəyişdi. Hücumlar qurduq, daha aqressiv oynadıq, layiqli qələbə qazandıq. “Simurq” çətin rəqibdir, müdafiədə yaxşı oynayır. Əbəs yerə deyil ki, digər komandalardan daha az top buraxıb. Bu komandaya qol vurmaq çox çətindir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43