Kateqoriyasız

Yuri Syomin: “Gizlətmirəm, təkliflər var”

Rusiyalı baş məşqçisi Yuri Syomin “Qəbələ”dən ayrılmağı haqda danışıb.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli mütəxəsis ona bir çox klubdan təklif gəldiyini də gizlətməyib

“Bu, bütün münasibətlərdə mənim üçün maraqlı bir il idi. Azərbaycanın aparıcı klubları ilə rəqabət apara biləcək və ölkəni beynəlxalq arenada təmsil etmək qalibiyyətinə malik komanda yaratmağa nail oldum. 

İndi kiçik fasilə götürmək, istirahət etmək istəyirəm. Ötən mövsümü və təklifləri nəzərdən keçirəcəm. Gizlətmirəm, təkliflərim var. Azarkeşlərə və klub rəhbərliyinə təşəkkür edirəm. Bunlar unudulmaz təəssüratlar idi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43