Müsahibə

Yuri Syomin: “Kapello İzmaylovu yaxşı tanımır” – MÜSAHİBƏ

“Qəbələ”nin baş məşqçisi Yuri Syomin müsahibəsində “Spartak”a qayıtmaq şanslarına toxunmaqla yanaşı, Azərbaycandakı mövsümü qiymətləndirib və Marat İzmaylovu qeyd edib. 
– Sizi bu yaxınlarda “Spartak”la əlaqələndirmişdilər. Biz belə başa düşürük ki, siz Rusiyaya qayıtmağın mümkünlüyünü heç zaman istisna etməmisiniz…

– Ümid edirəm ki, təkliflər gələcək. Ancaq hələ bunlar yoxdur. Düşünürəm ki, nə haqdasa danışmağın vaxtı deyil. Xüsusilə də mənim “Qəbələ” ilə qüvvədə olan müqaviləm var. Rusiyada mənə tələb olarsa, işləyəcəyəm. Əks halda, faciəyə çevirməyəcəyəm.
– “Qəbələ”də debüt mövsümü başa çatır. Bunu özünüz üçün necə qiymətləndirirsiniz?

– Yəqin ki, lap əvvəldən başlamaq lazımdır. Mövsümün başlanması ərəfəsində komandada ciddi dəyişikliklər baş verdi: ötənilki heyətdən tək-tük futbolçular qalmışdı. Biz bir yığın oyunçu dəvət etdik. Uzun müddət liderlik edirdik. Oyunçuların yaxşı köklənməyə əsası vardı. Ancaq daha da güclənməyə nail olduğumuz qış fasiləsindən sonra hər şeyin artan xətt üzrə gedəcəyini təsəvvürü yarandığı bir halda, əksinə oldu. Nə üçün? Müfəssəl cavab vermək çətindir. Ancaq indi artıq aydındır ki, oyunçuların müxtəlif hazırlığı öz sözünü dedi. Bəziləri müxtəlif səbəblərdən toplanışlara sadəcə, gəlib çıxa bilmədilər. Gələnlər isə, o cümlədən, Marat İzmaylov axı bu mərhələni keçməmişdilər… Bir neçə oyunu gözlənilmədən məğlub olduq. Sonra zədələr epidemiyası baş aldı və biz titul uğrunda mübarizədən kənarda qaldıq. Mənim zənnimcə, Bizim komandamız bu mübarizəyə hələ hazır deyil. Axı biz elit oyunçuları dəvət etməmişdik. Ləğv edilmiş Kiyev “Arsenal”ından futbolçular gəlmişdilər. Kimlərsə “Volın”dan gəlmişdi… Rusiya liqasından oyunçu dəvət ütmək, ümumiyyətlə, asan deyil.
– İzmaylovun dəvəti də səhv idi?

– Qətiyyən yox! Əksinə, bu kömək idi. Gənc oyunçular əsl peşəkarın nə demək olduğunu, bu oyunçunun texnikasının necə olduğunu gördülər. Ancaq ilk vaxtlarda Marat da fiziki cəhətdən hazır deyildi: o, “Portu”da kifayət qədər uzun müddət oynamamışdı. İndi isə o, yaxşı səviyyədə oynayır: oyunun müqəddəratını həll etdiyi çoxlu oyunlar olub.
– Bəs yığmaya qayıtmağa onun gücü yetər?

– Dünya çempionatına artıq real deyil. Vaxt az qalıb. Məşqçi də onu görməli və İzmaylova çox inanmaq lazımdır. Kapello isə hesab edirəm ki, Maratı yaxşı tanımır.

azerisport.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43