İdman

Yuri Syomin: “Klubun prezidenti mənə transferə görə indikindən on dəfə az pul ayırırdı”

“Qəbələ”nin baş məşqçisi Yuri Syomin keçmiş klubu Kiyev “Dinamo”sunun belə uğursuz çıxış etməsinə münasibət bildirib.

Ukraniya mətbuatına danışan təcrübəli mütəxəssis Kiyev təmsilçisinin belə zəif çıxış etməsinə görə,komandanın baş məşqçisi Oleq Bloxini günahlandırıb.

“Bloxin mənim uzun illərin zəhməti hesabına yaratdığım komandanı məhv edib. Biz Çempionlar Liqasında, Avropa Liqasında oynamışıq. O zaman nəsə edirdik, nəsə edə bilmirdik. Amma əsas odur ki, vahid bir komanda var idi. Klubun prezidenti mənə transferə görə indikindən on dəfə az pul ayırırdı. Buna baxmayaraq, “Dinamo” “Şaxtyor”la çempionluq uğrunda mübarizə aparırdı” – deyə Syomin bildirib.

O, daha sonra deyib: “Turnir cədvəlinə baxın, “Dinamo” indi səkkizinci yerdədir. Amma hansı ölkənin çempionatında? İngiltərə, Fransa, yoxsa Almaniyanın? Yox, Ukraynanın. “Dinamo” birinci liqa komandaları səviyyəsində oynayır. Komandanı dörd ilə yaratdım, amma xırda uğursuzlara görə qovuldum”.

Qeyd edək ki, beş turdan sonra “Dinamo” yeddi xalla səkkizinci yerdə qərarlaşıb. Bu, keşmiş SSRİ tarixində və Ukraynanın müstəqillik illərində “Dinamo”nun daxili çempionatda göstərdiyi ən zəif nəticədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43