Ölkə futbolu

Yuri Syomin: “Marat finalın ən yaxşısı idi, lakin penaltini vura bilmədi”

Azərbaycan kubokunun “Qəbələ” – “Neftçi” final oyunundan sonra “Qəbələ” klubunun baş məşqçisi Yuri Syomin oyun haqqında fikirlərini bildirib.

İdmanxeber.com-un məlumatına görə, rusiyalı mütəxəssis bunları deyib:

“İlk olaraq qeyd edim ki, Azərbaycan kubokunun finalı yaxşı təşkil edilmişdi. Azarkeşlər tərəfindən yaxşı atmosfer yaradılmışdı. Komanda olaraq da pis oynamadıq. Hər iki komanda bu oyunda qələbə qazana bilərdi. Sadəcə penaltilər seriyasında uduzduq. “Qəbələ” ilk dəfədir ki, ölkə kubokunun finalına çıxır. Nizami Hacıyevin hərəkətinə əsəbiləşmişdim. Çünki o, meydanda vaxt apardı. Əslində o daha yaxşı ötürmə edə bilərdi. Bəlkə də qol olacaqdı. Penaltiləri ən yaxşı hesab etdiyimiz oyunçulara həvalə etmişdik. Onlar vura bilmədi. Marat bugünkü oyunun ən yaxşısı idi, lakin penaltini vura bilmədi. Gələn dəfə penaltiləri oyunun ən zəiflərinə həvalə edəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43