Ölkə futbolu

Yuri Syomin Marat İzmaylovun transferindən danışdı – MÜSAHİBƏ

“Qəbələ”nin baş məşqçisi Yuri Syomin Rusiya mətbuatına müsahibə verib. Çalışdırıcı Marat İzmaylovun transferindən danışıb.

— Maratla keçidi haqda danışmısız?

— Bəli. Marat “Qəbələ”də oynamağa hazırdır. Azərbaycan çempionatının onun üçün yeni təcrübə olması da İzmaylov üçün məqbuldur. Əsas odur ki, biz onun bacarığına bələdik, Marat isə daimi oyun praktikası əldə edəcək.

— İzmaylovun oyun praktikasının yoxluğu sizi narahat etmir?

— Bu məsələdə narahat olmağa dəyməz. “Porto”da yalnız ulduzlar daim oynayır. Digərlərinin böyük qismi isə matçların 60-70 faizində şans qazanır. Marat da bu siyahıya daxil idi. Lakin sonradan daha az çıxış etməyə başladı. Bu üzdən də icarəyə getməkdə maraqlıdır. Maratın ustalıq səviyyəsi istənilən çempionatda oynamasına imkan verir. Bütün üstünlükləri qalmaqdadır. Bircə fərqlə ki, artıq təcrübəsi də daha çoxdur.

– İzmaylov ən yaxşı oyunlarını sizin “Lokomotiv”də keçirib…

– Niyə ki? Onun “Sportinq”də də parlaq mövsümləri olub. Elə “Porto”da da özünü pis göstərməyib.

— Bəs Marat yığmaya qayıtmaq iqtidarındadır?

— Bu yığma məşqçisinə olan sualdır. Mən isə onu deyə bilərəm ki, belə zəngin təcrübəyə malik futbolçu diqqətə layiqdir. Bizdə xaric klublarda uğurla çıxış edən ifaçılar o qədər də çox deyil.

— İzmaylovu komandanızda hansı mövqedə oynatmağı düşünürsünüz?

— Marat əvvəlki rolunda oynayacaq – hücumameylli futbolçu kimi. Lakin buradakı mövqedə fərqli ola bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43