Ölkə futbolu

Yuri Syomin: “Sovetlər dönəmində “Neftçi”nin oyunlarında stadionda boş yer tapmaq mümkün deyildi”

“Qəbələ”nin baş məşqçisi Yuri Syomin UEFA-nın rəsmi saytına açıqlama verib. Rusiyalı çalışdırıcı komandasından razı olduğunu, amma çempionatın yetərincə reklam olunmamasından şikayətlənib. Syomini dinləyək:

“Burada xoşbəxtəm. Düzdür, komandamı daha yüksək yerlərdə görmək istərdim. Komandanı gücləndirmək üçün əlimizdən gələni edirik. Xüsusən də, klub gənc futbolçuların yetişdirilməsinə böyük önəm verir. Məsələn, həftədə bir dəfə əsas komanda ilə əvəzedicilər arasında matç keçiririk. Bunun gənclərə çox faydası var. Azərbaycan inkişaf edir. Bakı böyük və müasir paytaxt şəhəridir. Bir çox sahələrə olduğu kimi, futbola da böyük pullar yatırılıb. Bəyənmədiyim tək şey – matçlardakı azarkeş sayıdır. Sovetlər dönəmində “Neftçi”nin oyunlarında stadionda boş yer tapmaq mümkün deyildi. Fikrimcə, burda əsas problem çempionatı lazımı səviyyədə reklam edilməməsidir. Hamı gözləyir ki, mövsümü zirvədə başa vuracağıq, ən pis halda avrokuboka vəsiqə qazanacağıq. Oyundan razı olsam da, çatışmazlıqlar da var. İstənilən halda, işimizə may ayında qiymət veriləcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43