Dünya futbolu

“Yuventus” “Atletiko” ilə danışıqlara başlanıldı

“Yuventus” “Atletiko”nun futbolçusu Yannik Ferreyra Karraskonu transfer etmək istəyir.

İdmanxeber.com-un məlumatına görə, Turin klubu bununla bağlı Madrid təmsilçisi ilə danışıqlara başlayıb. “Atletiko” belçikalı yarımmüdafiəçini 110 milyon avrodan aşağı qiymətə satmaq niyyəti olmadığı bildirilib.

Qeyd edək ki, Karrasko 2015-ci ildən Madrid klubunda çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43