Ölkə futbolu

“Yuventus” birinci diviziona göndəriləndə…” – Tərlan Əhmədov

“Komandanın oyununda irəliləyiş var . Təzyiq altında oynasaq da, epizodlar oldu. Ancaq yenə də yararlana bilmirik. Məğlub olası oyun deyildi, ancaq məğlub olduq. Rəqibi təbrik edirəm. Bu komandada problem hər tərəfli olaraq qalır. İkinci hissə başlayan kimi qol buraxmaq çox pisdir. O qədər imkanlardan yararlana bilmirik. Dediyim o psixoloji amil bizə mane olur. Belə oyundan sonra məğlub olmaq çox pis təsir edir”

Bu sözləri “Keşlə”nin baş məşqçsi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının XXIV turu çərçivəsində evdə keçirilən “Qəbələ” matçı sonrası deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

-Bu məğlubyyət “Qarabağ” oyununa necə təsir edəcək ?

-Futbolçular yalnız qalib gəlmək barədə düşünməlidir. Əgər onlar məğlub olmaqdan qorxsalar, məğlub olacaqlar. Artıq komanda yaxşı oynasa da, məğlubiyyət sindromunu qıra bilmir. “Qarabağ”la çətin oyunumuz var. Çalışacayıq ki, komandanı bu vəziyyətdən çıxaraq. Elə şeylər var ki, məşqçinin ona gücü çatmır. “Yuventus”u birinci divizona göndərəndə  bəzi ulduzlar oradan getmədilər. Deməyim odur ki, hər şey oyunçulardan asıldır.

-Bəlkə komandada maliyyə problemi var…

-Komandada hər hansı bir məliyyə problemi yoxdur. Əgər hansısa futbolçu bunun bəhanə gətirsə, çox yanlış olar. Yaxşı oynasaq da, məğlub oluruq. Bu da futbolun yazılmamış qanunudur.

 

 

Oxşar xəbərlər

“Xəzər Lənkəran”dan 3 transfer birdən

admin

Pley-offda “Qarabağ”ı kimlər gözləyir ?

admin

“Qarabağ” avrokuboklarda ev oyunlarını hansı stadionda keçirəcək?

admin