Dünyadan

“Yuventus” Bonuççini qaytardı

Leonardo Bonuççi karyerasını yenidən “Yuventus”da davam etdirəcək.

İdmanxeber.com-un məlumatına görə, ötən ilin yayında Turin klubunu “Milan”a dəyişən müdafiəçi sabiq klubuna qayıdıb. 31 yaşlı oyunçu  tibbi müayinədən keçmək üçün “Yuve”nin təmsilçisinin bazasına gedib. Onunla 5 illik müqavilə imzalanacağı gözlənilir.

“Yuventus” Bonuççinin qarşılığında qarşı tərəfə gənc Matteo Kaldaranı göndərib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43