Dünya futbolu

“Yuventus” çempion! (VİDEO)

İtaliya A Seriyasında çempion müəyyənləşib.

37-ci turda “Krotone”ni 3:0 hesabı ilə məğlubiyyətə uğradan “Yuventus” sona 1 tur qalmış A seriyasının qalibi olub.

Beləliklə, son tur ərəfəsində “Yuventus”la onun ən yaxın izləyicisi “Roma” arasında 4 xallıq fərq dəyişməyib.

Qeyd edək ki, bu uğur sayəsində “Yuventus” ardıcıl altıncı, ümumilikdə 33-cü dəfə İtaliya çempionu olub və yeni rekord müəyyənləşdirib. Buna qədər heç bir komanda 5 dəfədən artıq İtaliya çempionu olmamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43