20 Sentyabr 2024
Dünya futbolu

“Yuventus” “Latsio”lu ilə maraqlanır

“Yuventus” yayda azad agent statusunda olacaq Felipe Andersonla maraqlanır.

İdmanxeber.az-ın məlumatına görə, 30 yaşlı vingerin “Latsio” ilə olan müqaviləsi yayda bitəcək. Paytaxt klubu da braziliyalıyla 2028-ci ilə qədər yeni sözləşmə imzalamaq istəyir.

Anderson “qartallar”ın heyətində 300 oyunda 54 qol vurub və 62 məhsuldar ötürmə edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43