21 Sentyabr 2024
Dünya futbolu

“Yuventus” “Lill”in hücumçusunu alır

“Yuventus” “Lill”in hücumçusu Conatan Devidlə maraqlanır.

İdmanxeber.az-ın məlumatına görə, Turin klubunun baş məşqçisi Tiaqo Motta və idman direktoru Kriştiano Giuntoli forvardın oyununu bəyənirlər.

Davidin “Lill”lə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalı onun dəyərini 50 milyon avro qiymətləndirir.

David 2020-ci ildən “Lill”də çıxış edir. Ümumilikdə o, klubda 192 oyun keçirib, 87 qol vurub və 20 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43