Dünya futbolu

“Yuventus” “Mançester Siti” ilə danışıq aparır

“Yuventus” “Mançester Siti”nin yarımmüdafiəçisi Kalvin Fillipsi icarəyə götürmək üçün danışıq aparır.

İdmanxeber.az-ın məlumatına görə, Turin komandası 28 yaşlı ingilisi satın almaq maddəsi ilə icarəyə götürməyi planlaşdırır. Fillips ötən yaydan “Mançester Siti”də çıxış edir.

Bu mövsüm o, komandanın heyətində bütün yarışlarda 10 oyun keçirib, bir qol vurub. Transfermarkt portalı yarımmüdafiəçinin bazar dəyərini 28 milyon avro qiymətləndirir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43