Dünya futbolu

“Yuventus” “Mançester Yunayted”lə futbolçusunu dəyişə bilər

 “Yuventus” rəhbərliyi vinger Federiko Kyezanı “Mançester Yunayted”in hücumçularından Ceydon Sanço və ya Meyson Qrinvudla dəyişə bilər.

İdmanxeber.az-ın məlumatına görə, bu məsələ Almaniyada keçiriləcək Avropa çempionatından sonra həllini tapacaq. Kyeza İtaliya millisində çıxış edir.

Ötən mövsüm 26 yaşlı futbolçu bütün yarışlarda 39 matçda iştirak edib, 10 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43