Dünyadan

“Yuventus” “Mançester Yunayted”lə ortaq məxrəcə gələ bildi: ulduz futbolçu Turinə gəlir

“Yuventus” “Mançester Yunayted”in futbolçusu Luiş Naninin transferi məsələsində ortaq məxrəcə gələ biliblər. 

İdmanxeber.com-un məlumatına görə, “qoca sinyora” portuqaliyalının keçidi üçün ingilislərə 5 milyon avro ödəyəcək. 

Portuqaliya millisinin  də şərəfini qoruyan Nani İtaliyada ilinə 4 milyon avro qazanacaq. 

Qeyd edək ki, Nani bu mövsüm Mançester klubunda 15 oyunda forma geyinib, 1 qola imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43