Dünya futbolu

“Yuventus” müdafiəçisi ilə müqavilə uzadır

“Yuventus”un müdafiəçisi Aleks Sandro Turin klubunda oynamağa davam edəcək.

İdmanxeber.az-ın məlumatına görə, 32 yaşlı müdafiəçinin komandası ilə müqaviləsinin müddəti başa çatsa da, sözləşmə daha bir il uzadılacaq. 

Sandro bu mövsüm bütün yarışlarda 36 oyuna çıxıb, 2 məhsuldar ötürmə edib.

O, 2015-ci ildən “Yuventus”da çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43