Dünyadan

“Yuventus” Poqbanı bu şərtlər altında “Real”a satacağını açıqladı

“Yuventus” Pol Poqbanı satmaqla Madrid “Real”ının 3 futbolçusunun heyətinə qatmağı planlaşdırır.

İdmanxeber.com-un məlumatına görə, “qoca sinyora” transfer dəyəri 70 milyon avro olan fransalı futbolçunun satışından əldə edəcəyi gəlirlə Madrid klubunun 3 futbolçusu – müdafiəçi Fabio Koentrao, yarımmüdafiəçi Anxel Di Mariya və hücumçu Alvaro Moratanı rənglərinə bağlamaq istəyir.

“Corriere dello Sport”un yaydığı xəbərə görə, “Yuve” Poqabnın transferində maraqlı olan “kral” klubuna “yox” deməyəcək. Sadəcə ispanların adı çəkilən 3 futbolçunu Poqaba qarşılığında Madrid klubuna verməlidi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43