Dünya futbolu

“Yuventus” “Real”ın 4 futbolçusunu transfer etmək istəyir

“Yuventus” “Real”ın 4 futbolçusuna “elçi” düşüb.

İdmanxeber.az-ın məlumatına görə, “qoca sinyora” Xames Rodriqes, İsko, Daniel Sebalyos və müdafiəçi Marselonu heyətinə qatmağı düşünür.

Madrid klubunun sözügedən futbolçularla yolları ayırması “Yuve”ni hərəkətə keçirib və İtaliya nəhənginin “kral klubu” ilə danışıqlara başlanması gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43