Dünya futbolu

“Yuventus” “Roma”nı məğlub etdi – VİDEO

Beynəlxalq Çempionlar Kubokuna yekun vurulub.

Turnirin son matçında İtaliya çempionu “Yuventus”la bu ölkənin digər təmsilçisi “Roma” üz-üzə gəlib. ABŞ-da baş tutan qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib – 1:1.

Qalib isə penalti seriyasında müəyyənləşib. Daha dəqiq oynayan “Yuventus” 5:4 hesabıyla üstün olub.

Beləliklə, 8 klubun iştirakı ilə keçirilən Beynəlxalq Çempionlar Kuboku başa çatıb. “Barselona”nın hər üç oyunda qalib gəlməklə çempion olduğu turnirin yekun sıralaması belə olub:

1. Barselona – 9

2. Mançester Siti – 6

3. Roma – 5

4. Mançester Yunayted – 5

5. Yuventus – 4

6. Tottenhem – 3

7. PSJ – 2

8. Real – 1


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43