Dünya futbolu

“Yuventus” Sançonu transfer etmək istəyir

“Yuventus” “Mançester Yunayted”in yarımmüdafiəçisi Ceydon Sanço ilə maraqlanır.

İdmanxeber.az-ın məlumatına görə, Turin təmsilçisi oyunçunu növbəti mövsüm heyətində görmək istəyir. Artıq tərəflər arasında danışıqlar start götürüb.

Sanço 2023/24 mövsümünün ikinci yarısını icarə əsasında “Borussiya”da (Dortmund) keçirib. Yarımmüdafiəçi komandanın heyətində 21 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

“Transfermarkt” portalı vingerin dəyərini 30 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43