Dünya futbolu

“Yuventus” üçün 9 milyon avroluq mükafat

“Yuventus” futbolçuları Çempionlar Liqasının qalibi olacağı təqdirdə klub rəhbərliyi tərəfindən mükafatlandırılacaq.

Bunun üçün rəhbərlik 9 milyon avro mükafat ayırıb. Komanda finalda “Real”a qalib gələrsə, 26 futbolçunun hər biri 350 min avro alacaq.

Bundan başqa, klub rəhbərliyi futbolçulara bahalı avtomobillər də hədiyyə edəcək. Klub prezidenti Andrea Aqnelli futbolçularla görüşdə onların hər birinə ən son model “Ferrari” bağışlayacağını söz verib.

Qeyd edək ki, Aqnelli “Fiat” və “Ferrari” şirkətlərinin sahibidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43