Dünya futbolu

“Yuventus” üçün ŞOK

“Yuventus” ciddi itki ilə üzləşib.

İdmanxeber.az-ın məlumatına görə, “qoca sinyora”nın hücumçusu Federiko Kyeza sıradan çıxıb. A Seriyasının 21-ci turunun “Roma” ilə səfər matçında (4:3) zədələnən Kyeza mövsümün qalan hissəsində oynamayacaq.

Xarici medianın yazıdığına görə, o, ön çapraz bağlarının qopması səbəbi ilə mövsümü başa vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43