Dünyadan

“Yuventus” üçün şok: yeni transfer ilk məşqdəcə sıradan çıxdı

"Yuventus"un Madridin "Real" klubundan transfer etdiyi Alvaro Morata Turin klubunun heyətində ilk məşqdəcə zədələnib.

İdmanxeber.com-un məlumatına görə, 21 yaşlı futbolçu yeni komandasında ilk məşqdə zədələnib və məşqi yarımçıq dayandırıb.

Onun durumunun ciddi olub-olmadığı tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.

Qeyd edək ki, ispaniyalı futbolçu 3 gün bundan öncə "Real"dan 20 milyon avroya "Yuventus"a transfer olunub.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43