Dünyadan

“Yuventus” xorvatiyalı ulduz futbolçunun keçidini rəsmiləşdirdi

“Yuventus” növbəti transferini reallaşdırıb. 

İdmanxeber.com-un məlumatına görə, Turin klubu “Atletiko”dan Mario Mandzukiçi rəsmən rənglərinə bağlayıb. 

Xorvatiyalı forvard yeni klubu ilə 4 illik müqavilə imzalayıb. O, “ağ-qaralar”da ilinə 3.5 milyon avro qazanacaq.

Qeyd edək ki, “Yuventus” bu transferə görə Madrid təmsilçisinə 19 milyon avro ödəyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43