“Yuventus”un maliyyə pozuntularına görə A Seriyasında 15 xalı silinib.
İdmanxeber.az-ın məlumatına görə, İtaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Nəticədə klub turnir cədvəlində 3-cü pillədən 11-ci pilləyə enib.
Qeyd edək ki, İtaliya Futbol Federasiyasının prokurorluğu maliyyə fırıldaqlarına görə Turinin “Yuventus” futbol klubundan ölkə çempionatında doqquz xalın silinməsini tələb etmişdi.