Dünya futbolu

“Yuventus”da ciddi itkilər: 8 futbolçu “Ayaks”la görüşü buraxa bilər

Çempionlar Liqasının 1/4 final mərhələsində “Ayaks”la qarşılaşacaq “Yuventus”un heyətində ciddi itkilər var.

 Turin klubunun 4 futbolçusunun – Andrea Barzaqli, Martin Kaseres, Xuan Quadrado və Mattia Perinin Hollandiya təmsilçisinə qarşı oynamayacağı dəqiqdir. Kristiano Ronaldo, Duqlas Kosta və Emre Canın sabah baş tutacaq qarşılaşmada iştirak edib-etməyəcəyi isə sual altındadır.

Komandanın aparıcı siması Carcio Kyellini isə ötən gün məşq zamanı baldır əzələsindən zədə alıb. O, matç gününə hazır olmayacağı təqdirdə, böyük ehtimalla Kyellinini Daniel Ruqanı əvəzləyəcək.

Qeyd edək ki, “Ayaks” – “Yuventus” görüşü sabah Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43