Dünya futbolu

“Yuventus”da yeni müqavilə

“Yuventus”un müdafiəçisi Bremer klubu ilə yeni müqavilə imzalayıb.

İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı braziliyalının yeni müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulub. Əvvəlki sözləşmə 2027-ci ildə başa çatmışdı.

Bremer ötən yaydan “Yuventus”da çıxış edir. Bu mövsüm o, komandanın heyətində 17 oyun keçirib, 1 qol vurub.

Transfermarkt portalı mərkəz müdafiəçisinin bazar dəyərini 50 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43