Dünya futbolu

“Yuventus”da yeni müqavilə

“Yuventus” futbolçusu  Ştefan Lixtştaynerlə yeni müqavilə imzalayıb.

İdmanxeber.com-un məlumatına görə, “qoca sinyora” 33 yaşlı müdafiəçi ilə müqavilənin müddətini daha bir il uzadıb. Belə ki, o, 2018-ci ilə qədər “Yuventus”un şərəfini qoruyacaq.

Qeyd edək ki, Ş.Lixtştayner 2011-ci ildən “Yuventus”da çıxış edir. O, indiyə kimi 213 oyunda 15 qol vurub, 26 qolun ötürməsini verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43