İdman

“Yuventus”da zədə ŞOKu

“Yuventus” ciddi itki ilə üzləşib.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, komandanın əsas hücumçusu Qonsalo İquain zədələnib.

A Seriyasının son turunun “Torino” ilə oyununda (1:0) xəsarət alan argentinalı forvard 1 həftə meydana çıxa bilməyəcək.

Qeyd edək ki, görüşün 15-ci dəqiqəsində zədələnən İquain Federiko Bernardeski ilə əvəzlənmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43