Kateqoriyasız

“Yuventus”un fubolçusu: “Azərbaycan bizə qarşı yaxşı motivasiya olub”

“Azərbaycanla matçın favoriti hesab olunuruq. Üstəlik doğma meydanda mübarizə aparacağıq. Seçmə mərhələyə Norveç üzərində qqələbə ilə başladıq. Bu uğurun  davamını gətirəcəyik”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri İtaliya milli komandasının futbolçusu Leonardo Bonucii “Avro-2016”nın seçmə mərhələsində oktyabrın 10-da yığmamızla qarşılaşacaqları oyun haqda danışarkən deyib.

Təcrübəli futbolçu daha sonra sözlərinə belə davam edib:
“Azərbaycan bizə qarşı yaxşı motivasiya olub. Məncə, onlar səfərdə sərbəst oynayacaq. Matçın favoriti hesab olunsaq da, rəqibə hörmətlə yanaşmalıyıq. Həmçinin, bizi Xorvtiya ilə ağır oyun gözləyir. Buna görə də Azərbaycanla oyunda yaxşı nəticə vacibdir ”.

Xatırladaq ki, İtaliya – Azərbaycan oyunu oktybarın 10-u, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43