“Yuventus”un Dünya çempionatından zədəli dönən təcrübəli futbolçusu Andrea Barzaqli bıçaq altına düşüb.
İdmanxeber.com-un məlumatına görə, “Yuve”nin 33 yaşlı futbolçusu sağ ayaq topuğundan əməliyyat olunub. Finlandiyada baş tutan əməliyyatdan sonra italiyalı müdafiəçinin ən azı 3 ay yaşıl meydanlardan kənar qalacağı bildirilir.
Geridə qoyduğumuz mövsümdə 33 oyunda meydana çıxan Barzaqli İtaliya Superkuboku, A seriyası və Çempionlıar Liqasının ilk turlardakı oyunlarını buraxmalı olacaq.