Dünya futbolu

“Yuventus”un futbolçusu Premyer Liqada

İngiltərənin “Sauthempton” klubu növbəti transferini rəsmiləşdirib.

İdmanxeber.com-un məlumatına görə, Premyer Liqa təmsilçisi qabonlu futbolçu Mario Leminanı  heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı futbolçu yeni klubu ilə 5 illik müqaviləyə imza atıb.

Qabonlu futbolçu geridə qalan mövsümdə “Yuventus”da 29 oyuna çıxıb, 1 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43