08 Sentyabr 2024
Dünya futbolu

“Yuventus”un hücumçusu Premyer Liqa yolunda

“Yuventus”un hücumçusu Federiko Kyesa karyerasını İngiltərədə davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı italiyalı üçün “Liverpul”, “Tottenhem” və “Arsenal” mübarizə aparır. Forvardın böyük ehtimalla Turin klubundan ayrılacağı gözlənilir.

Kyesa 2020-ci ildən “Yuventus”da çıxış edir. Ötən mövsüm forvard 37 oyun keçirib, 10 qol vurub və 3 məhsuldar ötürmə edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43