Kateqoriyasız

“Yuventus”un oyunu azərbaycanlı hakimə tapşırıldı

Azərbaycanlı FİFA referisi  Rauf Cabarov UEFA-dan növbəti təyinat alıb.

İdmanxeber.az xəbər verir ki, ona UEFA Gənclər Liqasının oyunu tapşırılıb.

Cabarov noyabrın 6-da Moskvada keçiriləcək “Lokomotiv” (Moskva, Rusiya) – “Yuventus” (İtaliya) oyunu idarə edəcək. Ona Namiq Hüseynov və Pərvin Talıbov kömək edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43