Kateqoriyasız

“Yuventus”un prezidenti Bakıya niyə gəlib?

“Yuventus”un prezidenti Andrea Anyelli Bakıya gəlib.

İdmanxber.az-ın məlumatına görə, Turin klubunun başçısı Avroliqanın paytaxtımızda keçiriləcək final matçını Bakı Olimpiya Stadionundan canlı izləyəcək.

İtaliyanın “Tuttusport” nəşrinin yaydığı məlumatda bildiilir ki, “Yuve”nin prezidentinin paytaxtımıza gəlişinin səbəbi tam fərqlidi. Belə  ki, o, “Çelsi”nin baş məşqçisi Mauritsio Sarri ilə görüşmək üçün ölkəmizə təşrif buyurub.

“Çelsi”nin prezidenti Bryus Barkın da iştirak etdiyi görüşdə Sarrinin “Yuventus”a keçmək məsələsi müzakirə olunub. İddiaya görə, Turin klubu Sarri ilə 3 illik müqavilə ilə bağlı razılıq əldə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43