Kateqoriyasız

“Yuventus”un yenidən xalları silinə bilər

İtaliya Futbol Federasiyası “Yuventus” yenidən xalları silə bilər.

İdmanxeber.az-ın məlumatına görə, bu gün federasiyasının iclası zamanı Turin klubunun futbolçuların maaşları ilə bağlı işə baxılacaq. Əgər hər hansı bir uyğunsuzluq aşkarlansa, “Yuventus” yenidən cəzalandrılacaq.

Kluba pul cəzası veriləcəyi və ya yenidən 2-3 xalının silinəcəyi vurğulanıb. Turin təmsilçisinin avrokuboklardan kənarlaşdırılması ilə bağlı qərar UEFA-da qalır.

Əgər “Yuve” bu il beynəlxalq yarışlara vəsiqə qazanmasa, cəza növbəti mövsümə keçə bilər.

Xatırladaq ki, bu il “Yuventus”un maliyyə fırıldağı səbəbindən 10 xalı silinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43