Kateqoriyasız

Zədə səbəbindən Çempionlar Liqasının oyunlarını buraxacaq

UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan” səfərə itki ilə yollanacaq.

İdmanxeber.az Azərbaycan Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki,  kapitan Rizvan Fərzəliyev Ukraynada keçiriləcək bu mərhələnin qarşılaşmalarında komanda yoldaşlarına kömək edə bilməyəcək.

Buna səbəb onun zədəli olmasıdır. Bunu nəzərə alan klub rəhbərliyi təcrübəli futzalçını səfərə aparmayacaq və o, müalicəsini Bakıda davam etdirəcək. Əvəzində bir müddətdir müalicə prosesi keçən Ramiz Çovdarov İvano-Frankivskdə “Araz-Naxçıvan”a kömək edəcək.

“Araz-Naxçıvan”ın səfərə aparacağı futzalçıların siyahısı:

Qapıçılar: Rövşən Hüseynov, Emin Kürdov

Oyunçular: Ramiz Çovdarov, Xətai Bağırov, İsa Atayev, Nurlan Mehdizadə, Hadi Ahmadi, Amir Şocaei, İsak Surğalı, Maneka, Felipinyo, David Qustavo, Murilo Borges.

Onu da qeyd edək ki, “Araz-Naxçıvan” oktyabrın 26-da Bakı-İstanbul-Lvov hava reysi ilə səfər çıxacaq, Lvovdan isə avtobusla İvano Frankivskiyə yollanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43