Kateqoriyasız

Azərbaycan Boks Federasiyasının prezidenti vəzifəsinə namizəd şəxs

Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti vəzifəsinə namizəd şəxs müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, bu, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdir.

Babayevin bu gün Gənclər və İdman Nazirliyinin inzibati binasında keçiriləcək ABF-nin hesabat-seçki konfransında yeni vəzifəyə seçiləcəyi gözlənilir. O, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovu əvəzləyəcək. (Report)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43