Müsahibə

Zabit Səmədov: “Qarabağ”ı dəstəklədim”

Azərbaycan Premyer Liqasının XXV turunda baş tutan “Qarabağ” – “Qəbələ” (0:0) oyununu izləyənlər arasında K-1 döyüşçüsü Zabit Səmədov da var idi.

İdmanxeber.com-un məlumatına görə, “Qarabağ”ın dəvəti ilə oyunu izləməyə gələn Səmədov matçdan sonra əməkdaşımızın suallarını cavablandırıb:

– Futbollara baxmağa tez-tez gedirsən?

– Sözün açığı, Azərbaycanda ilk dəfə idi ki,futbola baxırdım. Oyunu izlədim, maraqlı alındı.

– “Qarabağ” azarkeşi olduğun şübhəsizdir. Oyunu izləməyə kimin dəvəti ilə gəlmişdin?

– “Qarabağ” rəhbərliyi məni dəvət etmişdi. Bildiyiniz kimi, “Qarabağ”ı dəstəklədim. “Qarabağ” son zamanlar ölkəmizi Avropada yüksək səviyyədə təmsil edir. İnşallah bunun davamı gələcək.

– Ümumiyyətlə, Bakıda nə qədər qalacaqsan? Və bu komandalar arasında mayın 5-də kubokun finalında baş tutacaq oyunu izləyəcəksənmi?

– Yox, o qədər Bakıda qalmayacam. İnşallah, avrokubok oyunlarında Bakıya qayıdacam.

– Millimizin oyunlarını izləyirsən?

– Əlbəttə. Azərbaycan bayrağı harda varsa, biz də ordayıq. Bayrağımızla qürur duyuruq.

– Hansı xarici klublara azarkeşlik edirsən?

– Düzü, azarkeş deyiləm. Amma gözəl oyunlara baxıram. Çempionlar Liqasının son finalını stadiondan izləmişəm. Çox təəssüf ki, həmin oyunda “Atletiko” uduzdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43