Ölkə futbolu

“Zalsburq”un baş məşqçisi etiraf etdi: “Qarabağ”ın evdə necə gözəl oyun nümayiş etdirdiyini özüm də görmüşəm”

“Zalsburq”un baş məşqçisi Adi Hütter Çempionlar Liqasının III təsnifta mərhələsi çərçivəsində Bakıda “Qarabağ”a qarşı keçirəcəyi oyun haqda danışıb.

İdmanxeber.com-un məlumatına görə, Avstriya mətbuatına açıqlama verən təcrübəli mütəxəssis Bakı səfərindən çəkindiyini açıq etiraf edib:

“Bizi Bakıda asan oyunlar gözləmir. Birincisi, təxminən altı saatlıq uzun yol qət edəcəyik. Amma ən başlıcası  “Qarabağ”ın evdə necə gözəl oyun nümayiş etdirdiyini özüm də görmüşəm. 

Amma eyforiyaya qapılmaq olmaz. Rəqibi sakit tərzdə təhlil edib qarşıdakı oyuna köklənməliyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43