Kateqoriyasız

“Zalsburq”un futbolçusu etiraf etdi:”Reynaldonun oynamaması bizim üçün üstünlükdür”

Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ”la keçiriləcək cavab matçı öncəsi “Zalsburq”un futbolçusu Kristian Şveqler bugünkü matçla bağlı düşüncələrini bölüşüb.

İdmanxeber.com-un məlumatına görə, təcvrübəli futbolçu Reynaldonun olmamasını özləri üçün üstünlük hesab edir:

“Qarabağ” yaxşı komandadır. Güclü hücum xərləri var. Reynaldonun oynamaması onlar üçün itki, bizim üçün isə üstünlükdür. İndi doğma meydan amilindən yararlanmalıyıq. Bakıdakı görüşün ikinci hissəsindəki kimi oynamalıyıq”.

Xatırladaq ki, “Zalsburq”  – “Qarabağ” matçı bu gün Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43