Müsahibə

“Zamana ehtiyacım var” – Azər Əliyev

“Neftçi”nin yarımmüdafiəçisi Azər Əliyev klubun rəsmi saytına müsahibə verib. 

– “Neftçi”nin heyətində 4 rəsmi matçda meydana çıxmısan və 1 məhsuldar ötürmənin müəllifisən. Uyğunlaşma prosesi necə gedir? Ümumiyyətlə, özünü necə hiss edirsən?

– Özümü çox yaxşı hiss edirəm. Komanda üzvləri məni isti və sevgi ilə qarşıladılar. Sanki çoxdandır burada oynayıram. Buna görə onlara təşəkkür edirəm. Uyğunlaşmaya gəlincə, hələ ki asan deyil. Xəstəlik səbəbindən keçmiş klubumda yanvar toplanışının əvvəlini buraxdım. Üstəlik, “Neftçi” ilə də hazırlığa qatıla bilmədim. Buna görə də, düzünü desəm, mövsümə optimal formada başlamadım. Düşünürəm ki, tam forma yığmaq və yeni çempionata öyrəşmək üçün zamana ehtiyacım var.

– Rusiya Premyer Liqasından gəlmisən. Azərbaycan çempionatının səviyyəsini necə qiymətləndirirsən?

– Gizlətməyəcəm, Rusiya çempionatı səviyyəcə daha yüksəkdir. Bununla belə, Azərbaycan Premyer Liqasının səviyyəsi artmaqdadır. Bura Rusiya və digər ölkələrdən həm futbolçu, həm də məşqçilər gəlir. Ümid edirəm ki, Azərbaycan çempionatı həm buna, həm də komandaların yetirmlərinin hesabına daha da güclənəcək.

– “Neftçi” 3 oyundur qələbə qazanır. Qarşıdan isə “Sumqayıt”la görüş gəlir. Necə düşünürsən, qələbə seriyasını davam etdirə biləcəyikmi?

– Həmişə olduğu kimi, yenə də meydana yalnız qalib gəlmək üçün çıxacağıq. Çalışacağıq ki, qələbə seriyasını mümkün qədər artıraq.

– Göstərdiyin oyunla azarkeşlərin rəğbətini qazanmısan. Hətta rəsmi “Facebook” səhifəmizdə fanatlar tərəfindən “Səbail”lə matçın ən yaxşısı seçildin. Onlara nə demək istərdin?

– Azarkeşlərə təşəkkür edirəm. Bu, məni şad edir və onları sevindirmək üçün daha çox çalışmağıma səbəb olur. Fanatların dəstəyini qeyd etməmək olmaz. Bu, çox vacibdir. Qələbələrə doğru onlarla birlikdə irəliləyəcəyik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Ernest Nfor: “Onlar məni bir neçə dəfə vurdular, görmədiniz?” – MÜSAHİBƏ

admin

Mais Mənsimov Dənizlinin istefasından danışdı: “Fikirlərimiz üst-üstə düşmədi” – MÜSAHİBƏ

admin

“Qəbələ”nin yeni transferindən iddialı sözlər: “İndi növbə bizdədi” – MÜSAHİBƏ

admin