Ölkə futbolu

Zaqatala klubu ciddi itki ilə üzləşdi

Premyer Liqanın 34-c turu çərçivəsində “Bayıl Arena”da “Rəvan”la qarşılaşacaq “Simurq” bu matçda bir əsas heyət üzvünün xidmətindən məhrum olacaq.

İdmanxeber.com-un məlumatına görə, AZAL-la oyunun 76-cı dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanan İdan Vaytsman sarı vərəqə limitini doldurub.

Məhz buna görə də, İdan 34-cü tur matçını buraxmalı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43