Ölkə futbolu

Zaqatala klubunda 4 itki

Topaz Premyer Liqasının 35-cu turunda “Xəzər Lənkəran”la qarşılaşacaq “Simurq” artıq hazırlıqları tamamlayıb. 

İdmanxeber.com-un məlumatına görə, Cənub təmsilçisi qarşısına ciddi itkilərlə çıxacaq komandanın son məşqi isinmə hərəkətləri, qruplara bölünərək “kvadrat” və ikitərəfli oyundan ibarət olub.

Bir saatdan artıq davam edən çalışmaların sonunda qapıya zərbələr, cinahlardan asmaların qapanması məşq edilib. 

Bu gün 18:00-da start veriləcək qarşılaşmada “Simurq”un heyətindən Anderson Oliveyra zədə səbəbindən, Dilaver Zrnanoviç, Tural Axundov, İlkin Qırtımov cəza səbəbindən forma geyinə bilməyəcək. 
Qeyd edək ki, “Simurq” – “Xəzər Lənkəran” görüşü “Simurq TV” vasitəsilə canlı yayımlanacaq.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43