Ölkə futbolu

Zaqatala klubunda bayram: yerli getdi, legionerlər gəldi

"Xəzər Lənkəran"ı səfərdə yenərək növbəti 3 xalını qazanan "Simurq" 28-ci turdakı "Bakı"yla oyunda Rəşad Əzizovun xidmətindən məhrum olacaq. Buna səbəb futbolçunun kart limitini doldurmasıdı.

İdmanxeber.com-a klubdan verilən məlumata görə, "Xəzər Lənkəran"la oyundan öncə zədələnən Kalonasın müalicəsi isə davam edir. Paytaxtda müalicə olunan Kalonasın "Bakı" ilə oyuna hazır olması üçün həkimlər əlindən gələni edirlər. 

Zaqatala klubunun digər zədəliləri: Osiako Patrik və Usim Nduka isə "Bakı" ilə oyuna kimi hazır duruma gələcəklər. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43